Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı - YENİLƏNİB - FOTO

Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı - YENİLƏNİB - FOTO

Tarix: 5 Sentyabr 2020 22:46

22:31

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib və 1:2 hesabı ilə uduzub.

Beləliklə, 64 yaşlı italiyalı mütəxəssis millimizdə ilk sınağına məğlubiyyətlə başlayıb.

Komandanın iki üzvü - Dmitri Nazarov və Eddi İsrafilov müvafiq olaraq Almaniya və İspaniyadakı koronavirusla bağlı vəziyyətə görə toplanışa qoşula bilməyib. Yunanıstanın "Atromitos" klubundan yığmaya dəvət alan Əmir Ağayevin durumu ilə bağlı isə FIFA hələ yekun qərarını açıqlamayıb.

Bu qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqroya 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

20:00. Azərbaycan - Lüksemburq - 1:2
Qollar: 
Ramil Şeydayev, 43 (1:0), Anton Krivotsyuk, 48-avtoqol (1:1),Gerson Rodriges, 72-pen(1:2)
Qırmızı vərəqə: Mahir Emreli, 26 - birbaşa qırmızı vərəqə (Azərbaycan)
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu

Kipr - Monteneqro - 0:2
Qollar
: Yivetiç, 60, 73

21:31

Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan-Lüksemburq oyununda birinci hissə başa çatıb.

Hər iki komanda oyuna fəal başlayıb. Matçın 25-ci dəqiqəsində millimizin üzvü Mahir Emreli kobud oyuna görə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalan millimiz istəyinə matçın 43-cü dəqiqəsində çatıb. Futbolçumuz Ramil Şeydayev komandamızı hesabda önə çıxarıb.

Matçın birinci hissəsi millimizin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasını qəbul edir.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

20:00. Azərbaycan - Lüksemburq - 1:1 (İkinci hissə)
Qollar: 
Ramil Şeydayev, 43 (1:0), Anton Krivotsyuk, 48-avtoqol (1:1)
Qırmızı vərəqə: Mahir Emreli, 26 - birbaşa qırmızı vərəqə (Azərbaycan)
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni

Bakı Olimpiya Stadionu

Milli.Az


Etiketlər:  Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ