Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 22:36
Kəskin mitral çatışmazlığı miokard infarktının tez-tez rast gəlinən ağırlaşmasıdır. Miokard infarktının kəskin dövründə hemodinamikanın pozulması ilə müşahidə edilən keçirici mitral çatışmazlıq qeyd olunur. Angioqrafik müayinə zamanı 15-18% xəstələrdə miokard infarktından 1 saat sonra mitral çatışmazlıq baş verdiyi görülür.
Diaqnoz kliniki əlamətlər toplusuna əsasən qoyulur. Aşağı lokalizasiyalı miokard infarktında, xüsusən aritmiyanın olmadığı halda hemodinamik pozğunluğun meydana çıxması və ağciyər arteriyasının emboliyası ilə ifadə olunan infarktlar zamanı, mitral çatışmazlığa diqqətlə yanaşmaq lazımdır.
Diaqnoz qoymaq üçün qida borusundan aparılan exokardioqrafiya və dupleks USM-in nəticələri əsas götürülür.
Mitral qapaq çatışmazlığının effekli müalicəsinin əsasında vaxtında qoyulan diaqnozun, intensiv madikamentoz terapiyanın və təxirəsalınmaz cərrahi müdaxilənin rolu böyükdür.