Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Mehdiyevin kürəkəni və qudası azadlığa çıxdı

Ramiz Mehdiyevin kürəkəni və qudası azadlığa çıxdı

Tarix: 6 Sentyabr 2020 11:22

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbədən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayevin cəzası başa çatıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 22-də cəzalarını çəkmələri üçün Abşeron Rayon Məhkəməsindən Binəqədi rayonunda yerləşən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə göndərilən qudalar bu gün azadlığa çıxıb.

Qeyd edək ki, deputat İlham Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir. 

Milli.Az


Etiketlər:  Ramiz Mehdiyevin kürəkəni qudası azadlığa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ