Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2020 14:15
Hollivud ulduzu Cennifer Eniston hər zaman ideal bədən quruluşu idə diqqət mərkəzində olub. Sənətçi hər zaman dietoloqunun məsləhəti ilə arıqlamağa çalışır.
Sonxeber.net Axşam.az-a istinadən aktrisanın pəhrizini təqdim edir:
Tərkibində bir çox vitaminlər olan kərəviz kökü pəhriz üçün əla qidadır. Mayk Ozneronun yeni pəhrizi vasitəsilə 1 həftəyə 10 kiloqram arıqlamaq mümkündür. Pəhrizi ilk dəfə Cennifer Eniston sınaqdan keçirdib.
Şorbanı hazırlamaq üçün:
3 litr su
400 qr. kərəviz kökü
3 ədəd pomidor
2 yaşıl bibər
0,5 kq. kələm
6 ədəd soğan
Tərəvəzləri qaynadıb, şorba hazırla.
1 həftəlik menyu:
I gün:
İstədiyin qədər kərəviz şorbası iç, meyvə ye (banan qadağandır).
II gün:
Sobada, suda, buxarda və ya manqalda bişmiş tərəvəzlər. Naharda 1 ədəd bişmiş kortof ye. İkinci gün qətiyyən çay, şirə və kofe içmək olmaz. Yalnız adi, qazsız su içmək lazımdır.
III gün:
Yalnız kərəviz şorbası içmək lazımdır.
IV gün:
Kərəviz şorbası yeyib, yağsız süd iç.
V gün:
Kərəviz şorbası, suda bişmiş toyuq filesi və təzə pomidor.
VI gün:
Suda bişmiş toyuq filesi və tərəvəzlər.
VII gün:
Kərəviz şorbası və suda bişmiş qəhvəyi düyü. Gün ərzində yalnız bircə dəfə 1 stəkan təzə meyvə şirəsi içmək olar.