Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serxio Ramosdan tarixi rekord

Serxio Ramosdan tarixi rekord

Tarix: 7 Sentyabr 2020 15:48

İspaniya millisinin kapitanı Serxio Ramos rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin rekrodu UEFA Millətlər Liqasının qrup mərhələsində Ukraynaya 4:0 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.

Qarşılaşmada dubl edən "Real"ın futbolçusu millidə keçirdiyi 172 oyunda 23 qol vurğmağı bacarıb. Bununla da o, yığma komandalarda ən çox qol vuran müdafiəçi kimi tarixə düşüb.

Ramosdan öncə bu rekord Argentina millisinin sabiq müdafiəçisi Daniel Passarellaya məxsus idi. Onun aktivində 22 qol var idi.

Milli.Az


Etiketlər:  Serxio Ramosdan tarixi rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ