Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ata ocağı”nda ayrılıq

“Ata ocağı”nda ayrılıq

Tarix: 7 Sentyabr 2020 21:20

"Xəzər TV"də yayımlanan "Ata ocağı" serialı dördüncü mövsümü ilə ekranlara qayıtmağa hazırlaşır.

Milli.Az bildirir ki, mediapost-un əldə etdiyi məlumata görə, ekran işindən dörd nəfər ayrılıb. Bunlar Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər Sənubər İsgəndərli, Ayşad Məmmədov və aktyor Tural Əhməddir.

Onlar ssenariyə əsasən, yeni mövsümün ilk həftəsindən serialdan ayrılacaqlar.

Qeyd edək ki, bu mövsüm seriala 7 aktyor daxil olub. Yeni mövsümdən serialda Xalq artisti Şamil Süleymanov, Əməkdar artist Firdovsi Atakişiyev, aktyorlar Türkay Cəfərli, Rəşad Səfərov, Corc Qafarov, aktrisalar Ləmin Mərrih və Səbinə Məmmədova rol alacaq.

Onu da bildirək ki, "Ata ocağı"nda baş rollarında Xalq artistləri Qurban İsmayılov və Həmidə Ömərova, Əməkdar artistlər Elnur Kərimov, Rasim Cəfər canlandırır.

Milli.Az


Etiketlər:  ocağında ayrılıq


RƏYLƏR