Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aşağı ətraf arteriyalarının aterosklerozu

Aşağı ətraf arteriyalarının aterosklerozu

Tarix: 8 Sentyabr 2020 07:33

Aşağı ətrafların aterosklerozu xəstəliyi 40 yaşından yuxarı adamlarda meydana çıxır. Xəstəliyə aşağı ətrafların işemiyası da deyilir. Xəstəliyə əsasən kişilər arasında rast gəlinir. Xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti xroniki siqaret aludəçiləridir. Xəstələrin demək olar ki, hamısı sonda axsayırlar.
Aşağı ətraf arteriyalarının aterosklerozu əsasən bud arteriyasının daralması zamanı baş verir.
Xəstəliyin ilkin dövrlərində aşağıdakı əlamətlər özünü biruzə verir:
- ayaqda ağrılar
- ayaq əzələlərində sıxılma hissi
- ayaqlarda ağırlıq hissi.
Ağrının verdiyi narahatlıq hissi xəstəni yeriyərkən dayanmağa məcbur edir. Aşağ ətraf arteriyalarının aterosklerozunun ağırlaşmaları zamanı xəstə dayanmadan 10 metr məsafəni gedə bilmir. Ağırlaşmalar zamanı əvvəl bir ayaqda olan axsama, sonra hər iki ayaqda baş verir. Bu zaman sakitlik vəziyyətində dabanlarda, ayaq barmaqlarında ağrılar meydana çıxır. Ağrılar ən çox gecələr baş verir. Xəstə ayaqlarını çarpayıdan aşağı salladıqda ağrılar azalır.
Xəstəliyə diaqnozun qoyulmasinda daha bir əlamət ön plana çəkilir. Belə ki, aşağı ətraf arteriyasının aterosklerozu zamanı ayaq arteriyalarında zəif pulsasiya eşidilir. Bundan başqa ayaq dərisinin rəngi avazıyır, ayaqların temperaturu bədənin temperaturundan aşağı olur, əzələlərdə atrofiyalaşma meydana çıxır, ayaqlarda trofik zədələnmələr meydana çıxır. Ayaqlarda ateroskleroz xəstəliyi zamanı başqa əlamətlər də özünü göstərir:
- ayaq barmaqlarında göyərmələr
- ayaqlarda yaralar
- qanqrena.
Ateroskleroz zamanı ayaqlarda adi zədələnmər olsa belə, yara gec sağalır və ya daha da ağır yaraya çevrilir. Belə xəstələrin daima ayaqlarında ağrılar olduğuna görə xəstə oturarkən belə ayaqlarını irəli uzadıb çarpayı vəziyyətində oturur. Bununla o, öz ağrısını azaltmış olur.
Aşağı ətraf arteriyalarının ateroskleroz xəstəliyinə tutulmağa aşağıdakı adamlar risk altındadır:
- yüksək arterial təzyiq xəstələri
- lipid mübadiləsinin pozulması baş verən adamlar
- şəkərli diabet xəstələri.


Etiketlər:  Aşağı ətraf arteriyalarının aterosklerozu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ