Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toyların keçirilməsi üçün hələ tezdir, bütün iaşə obyektlərini birdən-birə açmaq...''

''Toyların keçirilməsi üçün hələ tezdir, bütün iaşə obyektlərini birdən-birə açmaq...''

Tarix: 8 Sentyabr 2020 12:14

Son sutka ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3936 test aparılıb. Yoluxma sayı əhəmiyyətli dərəcədə aşağı düşüb, 89 yeni yoluxma faktı qeydə alınıb. Rəqəmlərin düşməsi toylarla bağlı məhdudiyyəti yenidən gündəmə gətirib.

Hazırkı epidemioloji vəziyyətdə toyların keçirilməsi qənaətbəxşdirmi?

Mövzu ilə bağlı həkim-infeksionist Süleyman Kamilov Sonxeber.net-a açıqlama verib:

"Toyların keçirilməsinə icazə verilərsə, sıxlıq olmasa, daha yaxşı olar. Hələ bir gün görmüşük ki, yoluxma sayı 89-a düşüb. Bunu hələ cəmi bir dəfə görmüşük. Mən hazırkı durumu toyların keçirilməsi üçün qənaətbəxş hesab etmirəm, məncə, hələ tezdir. Dünən həftə sonu aparılan testlərə əsasən, yoluxma sayı açıqlanıb. Həftə sonları da bəzi müəssisələr çalışmadığına görə test etdirmək imkanları məhdud olur, ikinci də statistikada bu qədər az yoluxmanı hələ bir dəfə görmüşük. Bu gün, sabah hələ bilmirik necə olacaq. Rayonlara gediş-gəlişin açılması, qapalı məkanlarda restoran, kafelərin fəaliyyətinə və yaxud digər iaşə obyektlərinin işləməsinə hələ bu gündən icazə verilib. Bu gündən sonra, məncə, hələ bir həftə izləyək görək nə göstərir, nə görürük. 

Toy elədir ki, toya gələnlər şənlənmək, istirahət etmək istəyir. Toyda qonaqlara say məhdudiyyəti qoyulsa da, onlar durub ortalıqda oynayanda yenə izolyasiya qaydaları qorunmayacaq. O zaman bu qaydalara əməl etmək, onu tam izləmək, nəzarətdə saxlamaq çox çətin olacaq. Tutaq ki, toya məhdudiyyət qoyuldu, 100 nəfərlik izolyasiya qaydalarına insanlar əməl edərək oturdular, amma onlar oynayanda, bir yerdə qaynaşanda yenə izolyasiya qaydaları pozulur. Mənim fikrim odur ki, ən azı karantinin yüngülləşdirilməsi zamanı bu yüngülləşdirmə yoluxma sayına, xəstələnənlərin sayına nə qədər təsir edəcək, ona nəzarət edib, sonra ona görə qərar vermək olar. Hər şeyi, bütün iaşə obyektlərini birdən-birə açmaq, karantin qaydalarını aradan qaldırmaq düzgün olmaz". 

Qeyd edək ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gündən etibarən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılmasına (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) qərar verilib.

Təhməz Əsədov


Etiketlər:  Toyların keçirilməsi üçün hələ tezdir bütün iaşə obyektlərini birdən birə açmaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ