Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt''dan yeni transfer

''Sumqayıt''dan yeni transfer

Tarix: 8 Sentyabr 2020 12:26

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb. 19 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, H.Cəfərov yeni klubunda 15 nömrəli formada çıxış edəcək.

 


Etiketlər:  Sumqayıtdan yeni transfer


RƏYLƏR