Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 23:24
İspaniya Kral Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq qaydaları açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hər iki liqada 5 əvəzetmə qaydası saxlanılacaq. Klublar iştirak ərizəsində maksimum 23 futbolçu sifariş edəcək.
Xatırladaq ki, federasiya koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümündə 5 əvəzetmə qaydasını tətbiq etmişdi. Bəzi liqalarda yeni mövsüm üçün bu qayda qüvvədə qalsa da, İngiltərə Premyer Liqasında ləğv olunub. Azərbaycan Premyer Liqasında da ötən aydan start götürən çempionatda 3 əvəzetmədən istifadə olunur.