Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 18:16
"Barselona" dünyanın ən böyük video paylaşma sistemi - "Youtube"da ən çox abunəçisi olan idman klubudur.
Qol.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. "Barselona"nın 10 milyon izləyicisi olduğu vurğulanıb.
La Liqa təmsilçisinin təqdim etdiyi siyahıda ikinci yerdə 5 milyon 920 min abunəçi ilə "Real" qərarlaşıb. İlk 3-lüyü 5 milyon 550 min izləyicisi olan "Flamenqo" (Braziliya) bağlayır.
"Youtube"da ən çox abunəçisi olan 12 idman klubu
1. "Barselona" - 10 milyon
2. "Real" - 5.92 milyon
3. "Flamenqo" - 5.55 milyon
4. "Liverpul" - 4.98 milyon
5. "Mançester Yunayted" - 3.21 milyon
6. "Yuventus" - 2.88 milyon
7. "Mançester Siti" - 2.72 milyon
8. PSJ - 2.56 milyon
9. "Çelsi" - 2.1 milyon
10. "Arsenal" - 1.96 milyon
11. "Bavariya" - 1.7 milyon
12. "Qalatasaray" - 1.6 milyon