Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 15:03
Bakı. Trend:
“Mayson Car Club” - Bakıda yerləşən sertifikatlı və peşəkar ustalara sahib müasir avtomobil servis şəbəkəsində Avropa üslublu tələblər sosial şəbəkədə və digər mediada müzakirəyə səbəb olub.
Bir neçə gün öncə “sarı” medialarda müzakirəyə başlanan bir mövzü - qadın azadlıqları əleyhinə şərhlərə səbəb oldu. Bunun səbəbi kimi şirkətin nümayəndələri – dürüst olmayan addımları ilə özünə “reytinq” qazanmaq istəyən jurnalistləri günahlandırırlar.
Bir neçə “tanınmış” media məlumatları kontekstdən çıxarıb, əyri bucaqda təqdim etməklə kifayətlənsələr belə, bəziləri xanımları alçaltmaq və kişiləri pis tərəfdən göstərməklə məşğuldurlar. Məsələn, “XXX” medianın müxbiri tərəfindən verilən sual, sitat belə səslənir: “Qadın administratorun həm işçi, həm də müştəri baxımından əsasən kişilərlə işlədiyi mühitdə qısa ətək və hündürdaban uniforma geyinməsi onu cinsi qısnama baxımından təhlükə altında qoymurmu?”
Bu sualdan birbaşa məlum olur ki, 2 min illik tarixə malik olan, zəngin mədəniyyətli və dünyagörüşü açıq olan Azərbaycan xalqının kişiləri, hər hansı qısa ətək və hündürdaban geyinən xanımlara qarşı birbaşa təhlükədir.Nəticədə reytinq qazanıb, lakin insanlar arasında bu kimi çirkin şərhlərin yayımlanmasına səbəb olan internet media və xəbər portallarının nə əldə etdikləri məlum deyil. Bir tərəfdən turistlərin axınına mane olan, xaricdən Azərbaycana gələn, Avropada qəbul olunan tərzdə geyinən turist xanımları qorxudan məlumatların yayılması; digər tərəfdən xalqın içində xanımların sərbəstliyi əleyhinə, kişilərin xanımlara – xanımların isə kişilərə qarşı xoşagəlməz müzakirələrin səbəbi olan bu addımları “Mayson” şirkətin rəhbərləri dəstəkləmirlər.
Yüksək beynəlxalq standartları qoruyan və keyfiyyəti birinci prioritet olan Mayson şirkəti bildirir ki, vakansiya üzrə tələb olunan şərtlərdə qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur:
“Həkim, müəllim, kosmonavt və digər peşələrin sahiblərinə xüsusi uniforma tələbləri ilə dünyanın hər bir yerində rast gəlinir. Bu normal bir haldır. Adətən dress-kod tələbləri satış, marketinq və ya iş rejiminin meyarları əsasında formalaşır.
Mayson Car Club Şirkəti Azərbaycan Respublikasının Konstitusiyası və təsdiq olan qanunlarını qoruyub icra edərək, hər kəsdən, cinsindən, yaşından, həmçinin geyimindən asılı olmayaraq bərəbərhüquqlu yanaşmanı tətbiq edir. Biz Avropa və Amerikanın ən uğurlu, ən effektiv praktikalarını, o cümlədən insan resursları üzrə idarəetmə təcrübəsini Azərbaycana gətirərək çoxusuna nümunə ola biləcək bir biznesi idarə edirik.
Mayson Car Club olaraq vakansiya üzrə tələb olunan şərtlərində qanuna və əxlaqazidd hər hansı bir uyğunsuzluq yoxdur. Vakansiyaya müraciət edən namizədlərə vəzifə üzrə qeyd olunan şərtlər haqqında məlumatlar verilir və razı olduğu təqdirdə müsahibəyə çağırılır.
Bizim üçün hər bir əməkdaşımız dəyərlidir! Onu da bildirmək istəyirik ki, qadınlara qarşı aparılan "alçaltma", "ayrı-seçkilik" və qanunsuz aparılan tədbirlərin və siyasətlərin əleyhinəyik. Ona görə "anti-qadın" postları, qadınların seçim azadlığını məhdudlaşdırılan məqalələrin internet media və xəbər portallarında yerləşdirib, onun üzərindən ucuz reytinq qazanmaq kimi tədbirləri etməməyi tövsiyə edirik.
Mərkəzimizdə müştərilərimizin cinsindən, geyimindən və digər fərqləndirən meyarlardan asılı olmayaraq rahatlığını təmin etmək üçün müxtəlif avtomobil markalarına Bakının fərqli nöqtələrində yerləşən servis mərkəzlərimizdə sürətli və peşəkar ustalarımız ilə yağdəyişmə və avto-servis xidmətləri göstəririk”.
Mövzu ilə bağlı artıq video çarx da mövcuddur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin