Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 02:32
Bakı. Trend:
Venesuelada cari ilin 8 ayı ərzində qiymət artımı 1 000 faizdən çox olub.
Trend-in verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Assambleyasının (birpalatalı parlament) Maliyyə Komitəsinin "Twitter"dəki məlumatında deyilir.
Məlumatda bildirilir: "Avqust ayında inflyasiya 25,04 faiz, ilin əvvəlindən yığılmış isə 1 079,67 faiz təşkil edib".
Qeyd edilir ki, illik qiymət artımı 3 078 faiz təşkil edib.
Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin məlumatına görə, ölkəni təxminən 4,5 milyon qaçqın və miqrant tərk edib, onların təxminən 80 faizi region dövlətlərindədir. Bəzi proqnozlara görə, 2020-ci ildə onların sayı 6,5 milyon nəfərə qədər arta bilər.