Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 13:20
Xalq yazıçısı Çingiz Abdullayev son günlər sosial şəbəkələrdə Azərbaycanda rus dilli məktəblərin bağlanması ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, o, öz Feysbuk hesabında bu təkliflə razılaşmadığını qeyd edib:
"Bir daha başa düşməyənlər üçün... ABŞ alimləri bütün fənlər üzrə nə qədər dərsliyə ehtiyac olduğunu hesablayıblar. Argentina pampalarından Yupiterin peyklərinə, nüvə fizikasından Yeni Zelandiyanın flora və faunasına qədər təxminən beş min orijinal dərslik və nəticə... Əhalisi 50 milyondan az olan millətlər heç vaxt bütün bu dərslikləri öz dillərində çap edə bilməyəcəklər. Kifayət qədər mütəxəssis, alim, müəllim və tərcüməçi olmayacaq. Burdan hansı nəticəyə gəlmək olar? Əhalisi 50 milyondan az olan millətlər, elmi potensiallarının, elm və texnologiyalarının inkişafı üçün dünya dillərindən istifadə etməlidirlər. Əks təqdirdə alınmayacaq.
Dostumuz Tofiq Məliklinin təklifi ilə dövlət dilini qeyd-şərtsiz bilməklə yanaşı əks-təbliğatımızın və xarici dilləri bilməyimizin əhəmiyyəti barədə yazdığım yazını əlavə rus məktəblərinin açılması ilə bağlı tezisə çevirdilər. Heç nə anlamamaq üçün bu qədər qeyri-adekvat olmalısan! Bu, bilərəkdən insanları bir-birinə qarşı qoymaq üçün edilir. Bu qədər! Kim anlamadısa, öz problemidir! Başa düşən hər kəsə təşəkkür edirəm!"