Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 20:48
Türkiyənin “Ankaragücü” klubuna tətbiq olunan transfer qadağası ləğv olunub.
Qol.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin prezidenti Fatih Mert sosial şəbəkə hesabında məlumat yayıb.
Ötən mövsümün əvvəlində Erto Tomas və Alessio Çerçi ilə yollarını ayıran “Ankaragücü” onlara olan borcunu ödəməmişdi. Buna görə hər iki legioner klubdan şikayət etmiş və Ankara təmsilçisinə transfer qadağası qoyulmuşdu. Artıq Erto və Çerçi ilə razılıq əldə olunub və transfer qadağası aradan qaldırılıb.