Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 21:46
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 10-na olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 290 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 988 268 test aparılıb. Aktiv xəstə sayı 2 049 nəfərdir, onlardan 138 nəfər reanimasiyadadır, 14 nəfər isə süni tənəffüs aparatına qoşulub.