Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİM sədri:'' Azərbaycan və rus bölməsinin keçid balları arasında kəskin fərqin olacağını gözləyirik''

DİM sədri:'' Azərbaycan və rus bölməsinin keçid balları arasında kəskin fərqin olacağını gözləyirik''

Tarix: 11 Sentyabr 2020 13:32

Bu il III ixtisas qrupunda ali məktəblərə rus bölməsi üzrə qəbul üçün 1102 plan yeri, birgə müsabiqəyə 2090 plan yeri təqdim edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bölməsinin abituriyentlərinin və onlar arasında yüksək bal toplayanların sayı çox olduğundan birgə müsabiqə üçün təqdim edilən yerlərin əksəriyyətinin Azərbaycan bölməsinin abituriyentləri tuturlar: "Ötən il Azərbaycan bölməsi ilə rus bölməsinin keçid balları arasında kəskin fərq vardı. Azərbaycan və rus bölməsində ixtisaslar üzrə bal fərqi 100-50 idi. Biz bu il də rus bölməsi üzrə plan yerlərinə qəbulda həmin vəziyyəti gözləyirik, amma birgə müsabiqədə bu belə olmayacaq".


Etiketlər:  DİM sədri Azərbaycan bölməsinin keçid balları arasında kəskin fərqin olacağını gözləyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ