Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan Azərbaycana qarşı etnik, dini və mədəniyyət genosidi siyasəti aparır''

''Ermənistan Azərbaycana qarşı etnik, dini və mədəniyyət genosidi siyasəti aparır''

Tarix: 11 Sentyabr 2020 16:21

"Ermənistanın davamlı şəkildə beynəlxalq təşkilatlar qarşısında, o cümlədən YUNESKO-da qaldırmaq və diqqətlərə çatdırmaq istədiyi yalan məlumatlardan biri güya Naxçıvanda erməni xaçlarının məhv edilməsi və korlanması ilə bağlıdır".

Bunu Sonxeber.net-a açıqlamasında  "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycanda ermənilərə aid olan və son 200 ilə aid olan hər şey olduğu kimi qorunub saxlanılır:

"Ermənilərin bu istiqamətlərdə atdığı addımların mahiyyəti bu gün bizə o qədər aydındır ki, əslində bunların üzərində o qədər də geniş dayanmağa ehtiyac olmazdı. Ancaq iş burasındadır ki, ermənilər bu cür taktika ilə əvvəla güya Azərbaycan ərazisində, xüsusilə də Naxçıvanda qədim erməni izlərinin çox böyük olduğu barədə yanlış bir rəy yaratmağa çalışırlar, hətta qədim alban abidələri və alban xaçlarını belə erməni xaçı kimi qələmə verməyə cəhd göstərirlər. Halbuki Naxçıvanda, ümumiyyətlə, Azərbaycanın hər bir yerində olan bütün maddi mədəniyyət abidələri kimi ermənilərə də aid olan və son 200 ilə aid olan hər şey olduğu kimi qorunub saxlanılır.

Ermənilərin bir məqsədi də özləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində bizim saysız-hesabsız, maddi-mənəvi mədəniyyət abidələrimizi, memarlıq və arxitektura dəyəri olan abidələrimizi sistemli şəkildə məhv etməkdir. Artıq heç kimə sirr deyil ki, ermənilərin işğal olunmuş Azərbaycan ərazisində məhv etdikləri tarix, mədəniyyət abidələrinin, dini abidələrin sayı yüzlərlə, minlərlədir. Hansılar ki, bunların haqqında dünya miqyasında artıq kifayət qədər faktlar və hesabatlar olub, yayılıb. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan dövləti həqiqətən faşist mahiyyətə malikdir".

Ekspert qeyd edib ki, Ermənistan dövləti vaxtı ilə Hitler Almaniyasının SSRİ-nin və digər dövlətlərin işğal olunmuş ərazilərində törətdiklərini bu gün Azərbaycan torpaqlarında işğalçı Ermənistan dövləti törədir:

"Vaxtı ilə Hitler Almaniyası SSRİ-nin və digər dövlətlərin işğal olunmuş ərazilərindəki maddi-mənəvi mədəniyyət abidələrini necə ki, məhv edirdilər, daşıyıb özləri ilə aparırdılar, bu gün də həmin siyasəti Azərbaycan torpaqlarında işğalçı Ermənistan dövləti aparır və bu işğalçılıq siyasətini ört-basdır etmək üçün Naxçıvanda güya xaçların məhv edildiyi kimi yalan, saxta məlumatlar yaymaqla məşğuldur. Ancaq bu günlərdə Almaniya Bundestaqının kürd əsilli bir deputatının yaydığı video Ermənistanın saxta siyasətinin ifşa olunmasında çox tutarlı rol oynadı. Burada aydın şəkildə görünür ki, bu xanım deputat Ermənistanın Vedi şəhəri yaxınlığında Xosrov tarixi qoruğundakı müsəlman və kürd qəbiristanlığının necə məhv edildiyini və dağıdıldığını lentə alıb.

Buradan aydın şəkildə görmək mümkündür ki, tarix, mədəniyyət abidələrinə qarşı Ermənistanda hansı xislət və təfəkkürlə yanaşılır. Təkcə bunu demək kifayətdir ki, kürdlərə və müsəlmanlara aid olan bu qəbiristanlığın ərazisi özəlləşdirilib və insanların şəxsi istifadəsinə verilib. Bu özü elə onu göstərir ki, Ermənistan dövləti başqa millətlərə, xalqlara aid olan maddi-mənəvi mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunmasında heç bir halda maraqlı deyil və əslində onları fiziki şəxslərin nəzarəti altına verməklə bu abidələri məhvə tullamış olur. Bu fakt bir daha sübut etdi ki, Ermənistan öz ərazisində başqa xalqlara aid olan maddi-mənəvi mədəniyyət abidələrini özününküləşdirmək, ermənilərə aid saxta mədəniyyət abidəsi kimi qələmə vermək mümkündürsə bunu edirlər, o yerdə ki, mümkün deyil, həmin yerlərdə maddi mədəniyyət abidələrini məhv edirlər. Ermənistan Azərbaycan xalqına qarşı təkcə ərazi iddiaları yox, təkcə təcavüzkar siyasət aparmır, eyni zamanda xalqımıza qarşı etnik genosid, dini və mədəniyyət genosidi siyasəti aparmaqla məşğuldur". 

Təhməz Əsədov


Etiketlər:  Ermənistan Azərbaycana qarşı etnik dini mədəniyyət genosidi siyasəti aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ