Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 17:03
Bakı. İlhamə İsabalayeva – Trend:
Biz valideynlərə müraciət edərək bildiririk ki, övladlarınızın səhhətində hər hansı problem, virus infeksiyasına oxşar simptomları varsa, onları məktəbə gətirməyin.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, kimsə hərarəti salan dərman atmaqla binaya keçə bilər: “Amma biz bu hallara tam olaraq, nəzarət edə bilmərik. Qonşu ölkələrdə valideynlər belə iltizama qol çəkirlər ki, şübhəli hallar olduqda valideynləri məktəbə gətirməsinlər. Bizdə gələcəkdə belə hal yaransa, Təhsil Nazirliyi yanında operativ qərargah yaradılacaq. Məktəbdə yoluxmalar olacaqsa, biz bunu birbaşa nəzarətə götürəcəyik və RGEM vəSəhiyyə Nazirliyi ilə birlikdə nəzarət etməklə addımlarımızı müəyyən edəcəyik. Əgər yoluxma olarsa, biz qərar verəcəyik ki, hansısa məktəb bağlansın, ya lokal olaraq, sinif bağlansın. Ona görə də valideynlərə müraciət edərək deyirik ki, xəstə uşaqlarını məktəbə göndərməsinlər”.