Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 08:16
"Nissan", "Renault" və "Uber" şirkətləri arasında Avropada elektrik mühərrikli avtomobillərin tətbiqinin sürətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, saziş çərçivəsində işlər bir neçə istiqamət üzrə aparılacaq. Məsələn, "Uber" əlavəsi vasitəsilə Avropa ölkələrinin sürücüləri "Renault" və "Nissan" avtomobillərindən istifadə edə biləcəklər: bunlar "ZOE" və "LEAF" modelləri, eləcə də hər iki istehsalçının gələcəkdə buraxılacaq elektromobilləri olacaq.
Bundan başqa, atmosferə sıfır dərəcədə zərərli maddələr buraxan nəqliyyat vasitələrinə diqqətin cəlb edilməsi məqsədilə xüsusi marketinq proqramları təşkil olunacaq. Saziş iştirakçıları "Uber" tərəfdaş sürücüləri üçün elektromobilləri və onların üstünlüklərini reklam etmək, eləcə də elektromobillərin imkanlarını qiymətləndirməyə imkan verən sınaq yürüşləri təklif etmək niyyətindədir.
Yeni təşəbbüs "Uber" şirkətinin ekoloji təmiz nəqliyyat platformasına çevrilməsi üçün miqyaslı proqramın tərkib hissəsidir. 2025-ci ilədək "Uber" avtomobillərinin qət etdiyi ümumi məsafənin yarısı yeddi Avropa paytaxtının - Amsterdam, Berlin, Brüssel, Lissabon, London, Madrid və Parisin elektromobillərinin payına düşəcək. Artıq 2021-ci ilin sonunda "Uber" sürücüləri şirkətin fəaliyyətinin 80 faizinin cəmləşdiyi Avropa şəhərlərində sıfır dərəcəli zəhərli tullantıya malik avtomobillər seçə biləcəklər.
Qeyd olunur ki, 2010-cu ildən təkcə "LEAF" elektromobillərinin sahiblərinin dünyada qət etdiyi ekoloji təmiz məsafə 14,8 milyard km təşkil edir, eləcə də 2,4 milyard kq karbon qazının atmosferə buraxılmasının qarşısı alınıb.