Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 11:30
"Nazirlər kabineti yanında Operativ Qərargahın göstərişindən sonra karantin qaydalarının nisbətən yumşaldılması və bölgələrə olan gediş-gəlişlə bağlı məhdudiyyətin aradan qaldırılması turizm sektou nümayəndələri tərəfindən çox böyük bir sevinc, coşqu ilə qarşılandı".
Bunu Sonxeber.net-a açıqlamasında turizm eksperti Ruslan Quliyev uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin yenidən fəaliyyətini bərpa etməsi qərarını şərh edərkən deyib.
O bildirib ki, təhlükəsizlik bu gün Azərbaycanın ən ümdə məsələlərindən biridir:
"Əslində biz gözlədiyimiz qərar idi, amma hər bir halda təhlükəsizlik bu gün Azərbaycanın ən ümdə məsələlərindən biridir. Biz də baxmayaraq ki, turizm sahəsində çalışırıq, əlbəttə istərdik ki, bölgələr açılsın. Amma hər bir halda yenə də mərhələli yumşaldılmanın tərəfdarıyıq. Çünki artıq görürsünüz, başqa ölkələrdə, qonşu dövlətlərdə ikinci dalğa ilə bağlı yoluxmalarda artım var və artıq bu, anti-rekord saydadır. Amma hər bir halda yenə də son zamanlarda dünya reytinq agentlikləri tərəfindən göstərilən siyahılarda Azərbaycan nümunəvi ölkələr sırasındadır. Bu da sevindirici haldır və düşünürük ki, bu imicin formalaşması bundan sonrakı dövrdə də bura gəlmək istəyənlər üçün Azərbaycanın "güvənli ölkə" statusunu qoruyub saxlamasına xidmət edəcək. Bu gün əsas məsələlərdən biri də sahibkarların üzərinə də ictimia iaşə, mehmanxana və onunla bərabər tutulan obyektlərdə çalışan hər bir insanın üzərinə çox böyük bir məsuliyyət düşür. SAHMAN (Sanitariya və Gigiyena Metodları və Normaları) kimi sertikifkasiyalar icbari olmalıdır, bundan sonra da Nazirlər Kabinetinin mehmanxanalarla bağlı təsdiqlədiyi qaydalar icbari xarakter daşımalı oldu. Sadəcə orada iki punkt var idi ki, personalın testdən keçməsi və ora gələnlərdən də hansısa formada test nəticələri və özünü təcrid vəziyyətində olmuş insanların ora buraxılmaması əlbəttə, bu da Azərbaycan Sahibkarlar Konfedrasiyasının Turizm Komissiyasında, Turizm Asossasiyalarında, Agentliklər Asosasiyasında müzakirə olundu və bir vətəndaş, dövlət həmrəyliyi ilə bu punktlar aradan qaldırıldı".
Ekspert qeyd edib ki, "təhlükəsiz dəhlizlər" məsələsi də gündəmə gətirilməlidir:
"Bu gün sosial təmasın insanlar arasında minimuma endirilməsi və mehmanxanalarda da bu qaydaların tətbiq olunması bizim özümüz üçün vacibdir. Çünki əks halda əgər geriyə dönüş olarsa, yenidən başlanmaya doğru gedəcəyik. Təbii ki, bu gün biz Azərbaycanda 365 günə paylanan bir turizm haqqında danışırıq. Baxmayaraq ki, yay mövsümü qurtardı. Güman edirəm ki, hər bir böhran yeni bir imkandır. Bu da daxili turizmin inkişafına öz töhfəsini vermiş olacaq.
SAHMAN proqramı bu gün vacibdir. Ona görə ki, sertifikasiyadan keçmək, bu təlimlərdən keçmək sadəcə sertifikat xatirində deyil, sahibkarlar, istər nəqliyyat şirkətləri, bələdçilər, turizm şirkətləri, mehmanxanalar ən azından bəlli bir məsuliyyət daşıdıqları ilə bağlı onun altına imza atırlar. Biz istərdik əvvəldən bu tətbiq həyata keçirilsin. Təbii ki, bu gün "təhlükəsiz dəhlizlər" məsələsi də gündəmə gətirilməlidir. Ölkələr arasında sazişdən sonra güman edirik ki, ilkin etapda Türkiyə, Gürcüstan, Azərbaycan təhlükəsiz dəhliz elan etsə ən azından bu regional turizmin inkişafına böyük bir töhfə olacaq və bununla bağlı Bakı-Tibilisi-Qars dəmiryolu xəttinin də bu işlərdə çox böyük bir üstünlüyü və avantajı var".
Təhməz Əsədov