Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 13:00
COVID-19 epidemiyasının yayılmağa başladığı ilk gündən yaxın zamanlara kimi dünya mütəxəssisləri yoluxub sağalan şəxsin ikinci dəfə bu virusa yoluxduğunun təsbiti barədə əllərində heç bir faktın olmadığını bildirirdilər. Lakin günlər öncə dünya mediasında Honkonqda yeni tip koronavirusa yoluxub sağalan şəxsin 4 ay yarımdan sonra ikinci dəfə yenidən virusa yoluxduğu faktının qeyd alındığı xəbərləri yayıldı.
33 yaşında olan xəstə aprel ayında koronavirusdan müalicə olunub və xəstəxanadan evə buraxılıb. İspaniyadan İngiltərəyə, oradan isə Honkonqa gedən həmin şəxsdə avqustun 15-də aparılan COVID-19 testi pozitiv çıxıb. Onun ikinci dəfə xəstəliyi simptomsuz keçirdiyi bildirilir. Məlumatlara görə, bu, virusun sağalan şəxsə ikinci dəfə yoluxmasını təsbit edən ilk hadisədir. Tədqiqatçılar hesab edir ki, bununla da minlərlə insanın ölümünə səbəb olan xəstəlik immunitet qazanılmasına baxmayaraq, yayılmaqda davam edəcək.
Ölümcül gücü ilə dünyanı aciz duruma salan COVİD-19 artıq gələcək həyatımızda qrip kimi tez-tez təkrar yoluxacağımız infeksiyaya çevrilir?
Bununla bağlı Sonxeber.net-a açıqlama verən Azərbaycanın baş infeksionisti Cəlal İsayev ikinci yoluxma faktının hər keçmiş COVİD xəstəsində təkrarlanmayacağını bildirib:
"Qripə yoluxanda qripə qarşı davamlı immunitet formalaşır. Koronavirusdan başqa bütün digər xəstəliklərdə də təkrar yoluxma halı qeydə alına bilər, bu, istisna olunmur. Bir koronavirus xəstəsində təkrar yoluxma olubsa, demək olmaz hamı təkrar yoluxacaq. Yox, belə şey olmur, bir-iki xəstənin təkrar yoluxma halları mümkündür olsun. Bu bütün infeksiyalarda müşahidə olunan bir prosesdir, ondan təşvişə düşmək lazım deyil. Bunun heç bir qorxusu yoxdur. Bir keçmiş COVİD xəstəsi bu infeksiyaya təkrar yoluxarsa əgər, onda bu xəstəlik yüngül keçəcək. Bu hala çox az hallarda təsadüf olunacaq, amma bizim koronavirus haqqında hələ heç bir məlumatımız yoxdur. Bir neçə gün öncəyə qədər təkrar yoluxma halı qeydə alınmamışdı. Bəlkə immunitet 5-6 ay qoruyur, bəlkə 1 il qoruyur, bəlkə 3 ay qoruyur, bəlkə heç immunitet yaranmır. Bu haqda belə fikirlər hələ də formalaşmayıb. Ona görə də COVİD xəstəsi 3 aydan, 6 aydan, 1 ildən sonra da ola bilər ikinci dəfə yoluxsun.
Yoluxma məsələsində bu dəqiqə yaş amili də rol oynamır. İstər yaşlı olsun, istər cavan olsun, orqanizmi möhkəmdirsə, xəstəliyi yüngül keçirər, yaranan immunitet güclü olar. Orqanizm zəif olanda təkrar xəstələnmə halı da ola bilər, yaranan immunitet də zəif ola bilər, xəsətliyi də ağır keçirə bilər".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov COVİD-dən sağalan şəxsin ikinci dəfə yoluxduğu faktı qeydə alınmamışdan günlər öncə sözügedən məsələ barədə