Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriya kansleri ölkədə pandemiyanın ikinci dalğasının başladığını deyib

Avstriya kansleri ölkədə pandemiyanın ikinci dalğasının başladığını deyib

Tarix: 13 Sentyabr 2020 19:36

Bakı. Trend:

Avstriyada koronavirus pandemiyasının ikinci dalğası başlayır.

Trend-in məlumatına görə, bu barədə Avstriya kansleri Sebastyan Kurts bildirib.

Kansler bildirib ki, indi baş verənlər ikinci dalğanın başlanğıcıdır: "Xəstələrin sayı hər gün artır".

S.Kurts qeyd edib ki, iki həftə əvvəl ölkədə sutka ərzində təxminən 350 yoluxma halı qeyd edilirdi, dünən bunun sayı 850-dən çox idi: "Tezliklə biz sutkada 1000 nəfərin xəstələnməsi göstərəcisinə çatacağıq".

S.Kurts əhalini sosial məsafəni qorumağa və tibbi maskalar taxmağa çağırıb.


Etiketlər:  Avstriya kansleri ölkədə pandemiyanın ikinci dalğasının başladığını deyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ