Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 23:30
Tanınmış ürək cərrahı Leo Bokeriya ömrü uzatmaq üçün həftədə ən azı iki saat gəzməyi məsləhət görüb.
Sonxeber.net unikal.org-a istinadla xəbər verir ki, həkim bu barədə Moskva Beynəlxalq Kitab Sərgisində çıxış edərkən deyib.
"Həftədə iki saat gəzən insanlar oturaq həyat tərzi keçirənlərdən 8-12 il daha çox yaşayır. Bu barədə sübut olunmuş elmi tədqiqatlar var. Mütəmadi olaraq gəzən insanın əlavə fiziki məşqlərə də ehtiyacı var. Eyni zamanda heç vaxt aktiv idmanla məşğul olmayan insan idmana başlamazdan öncə mütləq həkim müayinəsindən keçməlidir", - deyə o qeyd edib.