Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan şagirdləri Balkan riyaziyyat olimpiadasında 6 medal qazandılar

Azərbaycan şagirdləri Balkan riyaziyyat olimpiadasında 6 medal qazandılar

Tarix: 14 Sentyabr 2020 10:27

Bakı. İlhamə İsabalayeva - Trend:

9-13 sentyabr tarixlərində virtual formatda Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadası (http://www.massee-org.eu/index.php/mathematical/jbmo/item/138-the-jbmo-2020-local-website) təşkil edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 18 ölkədən 108 iştirakçının qatıldığı müsabiqədə iştirak edən şagirdlərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Toğrul Abbasov qızıl, həmin liseyin IX sinif şagirdi Amin Cəfərzadə, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Elçin Musazadə gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Cəlil Hüseynov və IX sinif şagirdi Şamil Mantaşlı isə bürünc medal qazanıblar.

Qeyd edək ki, bu olimpiadadan qazanılan 6 medalla birlikdə 2020-2021-ci tədris ilinədək ümumilikdə 2 qızıl, 17 gümüş və 22 bürünc medal əldə olunub.


Etiketlər:  Azərbaycan şagirdləri Balkan riyaziyyat olimpiadasında medal qazandılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ