Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 21:30
"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.
Qol.az xəbər verir ki, siyahının ilk pilləsində "Barselona"nın kapitanı Lionel Messi (126 milyon dollar) qərarlaşıb. "Yuventus"dan Kriştiano Ronaldo 2-ci (117 milyon), PSJ-dən Neymar 3-cü (96 milyon) olub.
2020-ci ilin ən çox qazanan oyunçuları
1. Lionel Messi ("Barselona") - 126 milyon dollar
2. Kriştiano Ronaldo ("Yuventus") - 117 milyon
3. Neymar (PSJ) - 96 milyon
4. Kilian Mbappe (PSJ) - 42 milyon
5. Məhəmməd Salah ("Liverpul") - 37 milyon
6. Pol Poqba ("Mançester Yunayted") - 34 milyon
7. Antuan Qrizmann ("Barselona") - 33 milyon
8. Qaret Beyl ("Real") - 29 milyon
9. Robert Levandovski ("Bavariya") - 28 milyon
10. David De Xea ("Mançester Yunayted") - 27 milyon