Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Tarix: 15 Sentyabr 2020 10:24

Bakı. Trend:

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.


Etiketlər:  Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb


RƏYLƏR