Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 10:40
Bakı. Cani Babayeva - Trend:
Kiyevdə bədii gimnastika üzrə 36-cı Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Trend bu barədə Avropa Gimnastikasının saytına istinadən məlumat verir.
Tədbirdə Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov, baş direktoru Liza Vortman, bədii gimnastika üzrə baş məşqçisi İrina Deryugina, Ukraynanın Gənclər və idman naziri Vadim Qutsayt iştirak ediblər.
Püşkatmanın nəticələrinə əsasən, gənclər arasında fərdi proqramda Azərbaycan gimnastları 7-ci sırada (B qrupu) çıxış edəcək.
Bədii gimnastika üzrə Avropa çempionatının 2020-ci il noyabrın 26-29-da keçirilməsi planlaşdırılır. Yarışın tarixi barədə yekun qərar sentybarın 28-də qəbul olunacaq. Çempionatda iştirak etmək üçün 39 ölkə müraciət edib.
İlkin müraciətə əsasən, Azərbaycanı turnirdə 13 idmançı təmsil edəcək.