Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“BakuBus” avtobuslarındakı yanğına görə fransalı mütəxəssislər Bakıya çağrılıb

“BakuBus” avtobuslarındakı yanğına görə fransalı mütəxəssislər Bakıya çağrılıb

Tarix: 15 Sentyabr 2020 14:48

Bakı. Trend:

1 və 15 sentyabr tarixlərində “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb. Mütəxəssislərin ilkin rəyinə əsasən yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib:

"Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib".


Etiketlər:  BakuBus avtobuslarındakı yanğına görə fransalı mütəxəssislər Bakıya çağrılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ