Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rüfət növbəti dəfə ABŞ-da rəmzi 11-liyə düşdü

Rüfət növbəti dəfə ABŞ-da rəmzi 11-liyə düşdü

Tarix: 16 Sentyabr 2020 09:50

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən millimizin futbolçusu Rüfət Dadaşov USL çempionatında növbəti dəfə həftənin rəmzi komandasına düşüb.

Qol.az xəbər verir ki, 12-ci turda  "Las-Veqas Layts"ı məğlub etdikləri (5:1) oyunda iki qol və bir məhsuldar ötürmə edən 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb.

Dadaşov 6-cı turda da rəmzi komandaya düşmüşdü.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 10 qol vurub.  

 


Etiketlər:  Rüfət növbəti dəfə ABŞ da rəmzi 11 liyə düşdü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ