Tarix: 16 Sentyabr 2020 15:40
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün “Qarabağ”la qarşılaşacaq “Molde” (Norveç) oyuna iki itki ilə çıxacaq.
Qol.az Norveç mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Martin Bornbek və yarımmüdafiəçi Fredrik Şelstad oyunu buraxacaq. Zədələri tam sağalmayan futbolçuların bugünkü matça hazır olmadıqları bildirilib.
Qeyd edək ki, Kiprin Larnada şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.