Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2019 08:32
Bakı. Trend:
Kanadanın Manitoba vilayətində əldə qayrılmış helikopter qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə CTV telekanalı xəbər verib.
Hadisə Steynbek şəhərinin hava limanı yaxınlığında baş verib.
Şəhər polisinin nümayəndəsi Kris Krepskinin sözlərinə görə, helikopter eniş zamanı uçuş-enmə zolağından 300 kilometrdə düşüb.
Hava gəmisində olan iki nəfər vaxtında helikopteri tərk edib və xəsarət almayıblar. Hadisə nəticəsində helikopter tamamilə məhv olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin