Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makqreqor cinsi təcavüz barədə xəbərlərə münasibət bildirdi

Makqreqor cinsi təcavüz barədə xəbərlərə münasibət bildirdi

Tarix: 16 Sentyabr 2020 21:32

UFC döyüşçüsü Konor Makqreqor ona qarşı irəli sürülən cinsi təcavüz və intihar xəbərlərini şərh edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, irlandiyalı döyüşçü fikirlərini öz "Facebook" səhifəsində yazıb.

"Hamınız məni davamlı olaraq pis vəziyyətə qoymağa çalışırsınız, amma mən həqiqətin sayəsində hər zaman azadlıqda olacağam. Atalığıma dair xəbərlər, cinsi təcavüz, nalayiq davranış ittihamları - bütün bunlar cəfəngiyatdır", - deyə K.Makqreqor bildirib.

K.Makqreqor qeyd edib ki, onun sözlərinə inanmayanlar DNT analizlərinin nəticələrinə müraciət edə bilər.

Qeyd edək ki, bəzi KİV-lər Korsika adasında istirahət edən K.Makqreqorun bir qadına cinsi təcavüz etdiyini yazmışdılar.


Etiketlər:  Makqreqor cinsi təcavüz barədə xəbərlərə münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ