Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 21:46
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 345-ə çatıb.
Sonxeber.net APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək infeksiyaya yoluxanlardan 301 nəfər sağalıb, 42 nəfərin müalicəsi davam edir.
78 nəfər karantindədir.
İndiyədək analiz nəticəsi müsbət çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.