Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dövrün tələbi, əsas prioritet istiqamətlərdən biri korrupsiyanın, rüşvətxorluğun yığışdırılmasıdır''

''Dövrün tələbi, əsas prioritet istiqamətlərdən biri korrupsiyanın, rüşvətxorluğun yığışdırılmasıdır''

Tarix: 17 Sentyabr 2020 10:45

Prezident İlham Əliyevin apardığı daxili siyasətdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ön plana çəkilib və həyata keçirilən islahatların ən vacib hissələrindən biri olaraq qiymətləndirilir.

Sonxeber.net bildirir ki, bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Korrupsiya ilə Mübarizə Komissiyasının yeni tərkibinin yaradılması, eləcə də ilk iclasda səslənən fikirlər də bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır:

"Cənab Prezident İlham Əliyev məmurları vəzifəyə təyin edərkən onlara ilk tövsiyəsi vətəndaşın yanında olmaqla, vətəndaşa xidmət etməklə, ictimai nəzarəti formalaşdırmaqla hər bir məmurun vətəndaşın xidmətçisi rolunda çıxış etməsi ilə bağlı olub. Dövlətimizin başçısı yüksək vəzifələrə təyin etdiyi bütün məmurlara bu tövsiyələri verir. Sözsüz, zaman və faktlar göstərir ki, bəzən məmurların bəziləri vəzifəsini icra etməyə başladıqdan sonra cənab Prezidentin tələblərini unudur və tamamilə başqa yollar tutur, pul qazanmaq həvəsinə düşür, rüşvətxorluqla, korrupsiya ilə məşğul olur, bu vasitə ilə dövlətin apardığı uğurlu siyasətə xəyanət etmiş olurlar. Bunun da nəticəsidir ki, son dövrlərdə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin bu neqativ fəaliyyətlərinə qarşı ciddi mübarizə aparılır. Dövlətimizin başçısı həmişə çıxışlarında qeyd edib ki, korrupsiyaya qarşı çox amansız mübarizə aparılır, aparılacaq, kimliyindən asılı olmayaraq, heç kəs bu məsələdə sığortalanmayıb".

"Dövrün tələbi, əsas prioritet istiqamətlərdən biri korrupsiyanın, rüşvətxorluğun yığışdırılmasıdır" - deyən siyasi ekspert əlavə edib ki, bəzən sənədləşmə məsələsində rüşvətin tələb olunması cəhdləri ilə bağlı faktlar ortaya çıxır: "Müxtəlif sahələrdə, hətta kənd təsərrüfatı sektorunda sahibkarların, fermerlərin fəaliyyətinə yerli icra hakimiyyəti orqanları əngəllər törədirlər. Onlar hər hansı formada məcbur edirlər ki, vətəndaşlar rüşvət versinlər. Bu cür hallar var. Yaxud sahibkarlıq, biznes fəaliyyəti ilə məşğul olan insanlar bəzi hallarda müxtəlif təzyiqlərlə qarşılaşırlar. Bu da ayrı bir faktdır. Əsas odur ki, bu faktlar gizli qalmır, onlar araşdırılır və bununla bağlı mübarizə həyata keçirilir. Son proseslər də əldə edilən uğurları ehtiva etməkdədir. Cənab Prezidentin qeyd etdiyi kimi, rüşvətxorluğa, korrupsiyaya qarşı amansız mübarizə aparılır. O da yaxşı haldır ki, bundan hər bir vətəndaş məmnun qalır. Ona görə də vətəndaş məmnunluğunun təmin olunması üçün məmur özünün vəzifələrini düzgün icra etməlidir. Necə ki, cənab Prezident İlham Əliyev bütün çıxışlarında, bütün qəbullarında bu tapşırıqları verib. Vətəndaş da öz hüquq və vəzifəsini bilib, o çərçivədə görülən işlərə dəstək olmalıdır".

B.Quliyevin sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir, xalqın maraqlarına cavab verir: "Rüşvətxorluğa qarşı mübarizə təkcə dövlətin işi deyil, bütün vətəndaşlar fəal olmalı və bu işdə Prezidentə kömək etməlidirlər".


Etiketlər:  Dövrün tələbi əsas prioritet istiqamətlərdən biri korrupsiyanın rüşvətxorluğun yığışdırılmasıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ