Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO)

Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO)

Tarix: 17 Sentyabr 2020 17:51

Bakı. Trend:

Artıq 916 yığmaqla Ombudsmana müraciət edə bilərsiniz

İnsan hüquqları sahəsində aparılan ardıcıl islahatlar çərçivəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən təsisatın fəaliyyətinin effektivliyinin daha da artırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”-nın 1.8-ci bəndində vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədilə Müvəkkilə müraciətlər üçün vahid qaynar xəttin yaradılması tövsiyə olunub.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, bu tövsiyəni nəzərə alaraq, Ombudsmanın mövcud iki qaynar xətti bir mərkəzdə birləşdirilməklə və müasir informasiya texnologiyalarından istifadə edilməklə 916 nömrəli vahid Çağrı Mərkəzi yaradılıb.

Çağrı Mərkəzinə müraciət üçün şəhər nömrələrindən 916, respublikanın regionlarından və mobil nömrələrdən isə 012-916 yığmaqla zəng etmək olar. Danışıqlar qeydə alınır və məlumat bazasına daxil edilməklə elektronlaşdırılır ki, bu da əvvəlki dövrdən fərqli olaraq, telefonla müraciət olunduqdan sonra yazılı müraciət istənilməsinə ehtiyac yaratmır.
Çağrı Mərkəzi yaradılarkən bu sahədə mövcud beynəlxalq və yerli müsbət təcrübələr öyrənilib, əməkdaşlara müvafiq təlimlər keçirilib, UNICEF-in Azərbaycan Ofisi və Baş Prokurorluqla əməkdaşlıq edilib.

Ombudsman tərəfindən tətbiq olunan bu yenilik insanların müraciət imkanlarının asanlaşdırılması və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədinə xidmət edir.

Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO) - Gallery Image Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO) - Gallery Image Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO) - Gallery Image Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ