Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xiaomi Mi 10T və Mi 10T Pro'nun xüsusiyyətləri sızdırıldı

Xiaomi Mi 10T və Mi 10T Pro'nun xüsusiyyətləri sızdırıldı

Tarix: 17 Sentyabr 2020 22:52

Xiaomi Mi 10T və Mi 10T Pro xüsusiyyətləri ortaya çıxdı.  Mi 10 seriyasına davam edən Xiaomi, fevral ayında Mi 10 və Mi 10 Pro ikilisini təqdim etdi və daha sonra bizə Mi 10 Lite təqdim edildi .

Lite modelindən sonra Mi 10 Youth və Mi 10 Ultra modelləri ilə tanış olduq, lakin bu telefonlar Çində istehsal edildi.  Artıq Mi 10T və Mi 10T Pro modelləri həm Çində, həm də digər ölkələrdə satışa təqdim ediləcək.

Xiaomi Mi 10T və Mi 10T Pro bizə nələr təklif edir?

Bir neçə gün əvvəl İspaniya üçün hazırlanmış Amazon səhifəsində görünən bu iki modelin xüsusiyyətləri barədə bəzi məlumatlara əldə edə bildik .Bu gün daha çox məlumat əldə etmişik .Mi 10T və Mi 10T Pro modellərini Snapdragon 865 prosessorla təmin olucağı gözlənilir .

Milli.Az techland.az-a istinadən bildirir ki, Mi 10T modelinin 6 GB RAM ilə təchiz ediləcəyi deyilir.  Pro versiyası 8 GB RAM ilə istifadəçilərə xidmət edəcəkdir.  Yaddaş baxımından 128 GB və 256 GB olmaqla iki fərqli seçimlə qarşılaşacağıq.

Bu məhsulların OLED panel ekranlarla təchiz olunacağı deyilirdi.

MuyComputer adlı bir xəbər mənbəyi bunun doğru olmadığını və bu seriyanın LCD arxitekturaları ekran ilə istifadəçilərə təqdim ediləcəyini iddia etdi.

6,67 düym ekrana sahib olduğu deyilən Mi 10T və Mi 10T Pro ikilisinin ekran çözünürlüğü 2340 x 1080 piksel olacaq.Ekranın təzələnmə sürəti üçün bir araşdırma etdiyimiz zaman, 144 Hz olacağı məlum oldu.

Bu telefonların ekranı OLED deyilsə, yan tərəfdəki barmaq izi sensorunu görə bilərik.  Xiaomi'nin yeni cihazlarında makro kamera və dərinlik sensoru olmayacağı da iddia edildi.

MuyComputer tərəfindən ötürülən digər məlumatlara görə, Pro versiyasının arxasında 3 kamera olacaq.  Bu smartfonun əsas kamerası 108 Megapiksel olacaq.  Bu kameraya 20 Megapiksel çözünürlüklü ultra geniş bucaqlı kamera müşayiət olunacaq.

Bundan əlavə, 12 Megapiksellik telefoto kamera ilə təchiz olunduğu deyilən bu cihazın yuxarı sol tərəfində bir kamera çuxuru olacaq və bu kameranın çözünürlüğü 20 Megapiksel olacaq.

Mi 10T-nin əsas kamera xaricində eyni kamera xüsusiyyətlərinə sahib olacağı deyildi.  Əsas kamerası 64 Megapiksel çözünürlüğe sahib olacaq.  Nəhayət, bu telefonların əməliyyat sistemi MIUI 12-yə əsaslanan Android 10 olacaqdır.

Daha əvvəl də qeyd edildiyi kimi, bu modellərin batareya tutumu 5000 mAh olacaqdır.  Xiaomi'nin bu modellərin çıxma tarixi ilə əlaqədar bir açıqlama verəcəyi gözlənilir.  Bu cihazların xüsusiyyətləri barədə nə düşünürsünüz?

Milli.Az


Etiketlər:  Xiaomi Mi 10T Mi 10T Pronun xüsusiyyətləri sızdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ