Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 23:28
"İnstaqram" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "İnstaqram"ın işində texniki qüsurlar əsasən ABŞ, Avropa ölkələri, Braziliya və digər ölkələrdə müşahidə edilib.
İstifadəçilərin təxminən 75 faizi xəbər lentində, 16 faizi sayta girişdə, 7 faizi isə hesaba daxil olarkən problemlərlə üzləşiblər.