Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci dəfə virusa yoluxmaq mümkündürmü?

İkinci dəfə virusa yoluxmaq mümkündürmü?

Tarix: 18 Sentyabr 2020 07:15

Koronavirus keçirən və nəticədə antikorları olan şəxs böyük ehtimalla bir daha sözügedən xəstəliyə yoluxmur.

Sonxeber.net xəbər verir ki, bu barədə immunoloq Vladimir Bolibok danışıb. Onun sözlərinə görə, təkrarlanan xəstəlik halları kütləvi deyil - bunun olma ehtimalı təxminən 0,01%-dir.

Mütəxəssis bildirib ki, COVID-19 virusundan formalaşmış immunitet yoluxan xəstələrlə daimi təmasın müddətini uzadacaq:

"Xəstələrdə immunitet koronavirusla davamlı təmasda olduğu üçün meydana gəlir. Bir insan mütəmadi olaraq COVID-19 daşıyıcıları ilə qarşılaşırsa, orqanizmi infeksiyanın yaxınlıqda - ətraf mühitdə olduğunu başa düşür və buna görə reaksiya verir".

Ancaq koronavirusa qarşı immunitet peyvəndlər etdirən şəxslərdə sağalmışlardan daha uzun müddət davam edəcək. (publika.az)


Etiketlər:  İkinci dəfə virusa yoluxmaq mümkündürmü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ