Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Minsk Qrupu gərəksiz bir quruma çevrilir''

''Minsk Qrupu gərəksiz bir quruma çevrilir''

Tarix: 18 Sentyabr 2020 14:00

Erməni ailələrinin, terrorçuların Livandan Dağlıq Qarabağa və ətraf rayonlara köçürülməsinə ATƏT-in Minsk Qrupunun göz yumması yolverilməzdir. 

Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Minsk Qrupu əgər bu proseslərə reaksiya vermirsə, deməli, öz vəzifə borcunu yerinə yetirə bilmir:

"Minsk Qrupu ATƏT-in prinsiplərini regionda həyata keçirən təşkilatdır Bu, Minsk Qrupunun vəzifələrindən biridir. Yəni, onların işi tərəfləri ATƏT-in beynəlxalq sənədləri çərçivəsində münasibətləri qurmaqdan ibarətdir. Minsk Qrupu əgər bu proseslərə reaksiya vermirsə, deməli, öz vəzifə borcunu yerinə yetirə bilmir və bu qrum, əslində, gərəksiz bir quruma çevrilir. Qrumun indi yeganə fəaliyyəti ondan ibarətdir ki, danışıqlar prosesini təşkil edir və yaxud da ki tərəfləri danışıqlar masasının ətrafına yığır. Bu məsələlər onların fəaliyyəti demək deyil. Dünya ictimaiyyətinə başa salmaq lazımdır ki, həmsədrlərin fəaliyyəti bundan ibarətdir. Onların əsas fəaliyyəti ATƏT-in normalarına, prinsiplərinə tərəfləri əməl etməyə çağırmaqdır və nəzarət etməkdir. Əgər hansısa bir tərəf bu normaları pozursa, Minsk Qrupu deməlidir ki, siz filan konvensiyanı, filan maddəni pozmusunuz. Buna yol vermək olmaz, biz bunu dəstəkləyə bilmərik və s. müəyyən təzyiqlər etməlidirlər".

İ.Vəlizadə qeyd edib ki, ATƏT-i, BMT-ni vaxtında xəbərdar etməliyik ki, müharibə olsa, nəyə görə biz ermənilərə güc tətbiq etdiyimizi bilsinlər:

"Belə qurum bizə lazımdırmı? Düşünürəm ki, bu bir qədər gecikmiş addımdır. Ermənilər neçə ildir Azərbaycan torpaqlarında məskunlaşma siyasəti aparırlar. Geciksək də, yaxşı ki XİN-dən Minsk Qrupuna belə bir nota gəldi. Az da olsa ermənilər tərəfindən bu norma və prinsiplərin pozulması ilə bağlı faktlar aşkar olunsa, bunu o saat Minsk Qrupunun, ATƏT-in, BMT səviyyəsində diqqətlərinə çatdırmalıyıq, bilsinlər ki, əgər sabah ermənilər bizi müharibə yoluna vadar etsələr, nəyə görə biz onlara güc tətbiq edirik".

Təhməz Əsədov


Etiketlər:  Minsk Qrupu gərəksiz quruma çevrilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ