Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fənərbağça"dan ayrılan futbolçu A seriyası klubunda

Tarix: 19 Sentyabr 2020 10:48

"Fənərbağça"dan ayrılan Tolgay Arslan "Udineze"yə transfer olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, T.Arslan ötən ilin yanvarında "Fənərbağça" ilə 3,5+1 illik müqavilə imzalamış və bu ay İstanbul klubundan ayrılmışdı. O, bu komandada 33 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Fənərbağçadan ayrılan futbolçu A seriyası klubunda


RƏYLƏR