Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı (FOTO)

Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı (FOTO)

Tarix: 20 Sentyabr 2020 13:21

Bakı. Trend

Bir vaxtlar neft gölməçələri və geniş zibilliklərin yerləşdiyi ərazilər hazırda simasını dəyişərək daha çox turistik bir məkan olmaqdadır.

Trend-in məlumatına görə, bu gün Azərbaycanda ekoloji tarazlığın təmin edilməsi, vaxtilə çirklənmiş ərazilərin təmizlənməsi məsələlərinə böyük əhəmiyyət verilir. Aparılan təmizlik, bərpa işlərindən sonra həmin ərazilər əhalinin böyük diqqətinə səbəb olur.

Son dövlər görülən işlərin nəticəsi olaraq vaxtilə fəlakət zonası olan ərazilər indi gözəl parklar, istirahət zonalarına çevrilib. Bu ərazilərimizdən biri kimi Balaxanını qeyd etmək olar, son bir ildə Balaxanıda aparılan dəyişikliklər hamının heyrətinə səbəb olur.

Balaxanının köhnə halını unudanlar üçün Balaxanıda çəkilmiş köhnə və indiki fotoları təqdim edirik:

Balaxanı ilə bərabər şəhərimizin digər yerlərində də əsaslı təmizlik işləri aparılır. Bu sırada Bibiheybəti də qeyd etmək lazımdır. Bakının Cənub girişi hesab olunan bu ərazidə vəziyyət şəhərimiz haqda ilkin təəssüratların müsbət olmasına mane olur və şəhərimizin gözəlliyinə xələl gətirdi. Bu gün bu ərazidə də əsaslı təmizləmə işləri aparılıb və aparılan abadlıq işləri nəticəsində tezliklə Bibiheybətin də Balaxanı kimi turistik yerə çevrilməsi planlaşdırılır.

Qeyd edək ki, qədim tarixi olan Bibiheybətdə görülən yenidənqurma işləri maraqla qarşılanıb və vizual görünüşündə edilmiş dəyişikliklər sözün əsl mənasında göz oxşayır.

Tarixi qəsəbəyə rəng qatmaq üçün qapı pəncərələr al-əlvan rənglərə boyanır, dalanlara qəmbər daşlar döşənir, tarixi əsrlik yaşı olan binaların fasadları yenilənir.

Küçə uzunu binaların divarlarına fərqli freska və qrafiti nümunələri çəkilib. Xüsusi arxitektur görünüş qazanmış dalanlar rəngarəng dibçək gülləri ilə bəzədilib.

Mərdəkan, Novxanı, Əmircan, Buzovna, Ramana və s. Bu kəndlər də turizm məkanına çevriləcəyi bildirilir.

Abadlaşan ərazilərimiz arasında Sumqayıtı xüsusi qeyd etmək lazımdır. Vaxtilə ekoloji fəalkət zonası olan Sumqayıt indi daha çox kurort şəhərini xatırladır. Sumqayıt şəhərində son illərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Yol infrastrukturunun yenilənməsi, yaşayış binalarının dam örtüklərinin vurulması, fasadlarının təmir olunması, liftlərin müasirləşdirilməsi, ictimai nəqliyyatın tamamilə yenilənməsi, insanların asudə vaxtının səmərəli keçirilməsi üçün infrastrukturun yaradılması və digər sahələrdə son 5 il ərzində mühüm işlər həyata keçirilmişdir.

Sumqayıt şəhərinin inkişafı istiqamətində bu gün də işlər davam etdirilir.


Etiketlər:  Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı FOTO


RƏYLƏR