Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 20:21
Gözdə yaranan problemlərdən biri də uzaq görmədir. Hipermetropiya adlanan bu problem zamanı uzaqda olan obyektlər, cismlər normal görülsə də, yaxından görmə çox zəif olur.
Belə bir problemin olduğunu necə bilmək olar? Uzaq görməyə ən çox kimlərdə rast gəlinir? Hipermetropiya necə müalicə olunur?
Sonxeber.net e-tibb.az-a istinadən oftalmoloq Mehriban Əlizadənin yazdığı məqaləni təqdim edir:
Hipermetropiya, bir insanın uzaqdan uzaq obyektləri görə biləcəyi, ancaq yaxınlıqlarının bulanıq və normal görünmədiyi bir vəziyyətdir.
Hipermetropiya zamanı gözdən keçən şüalar tor qişanın görmə mərkəzində deyil, arxasında toplanır. Bunun nəticəsində yaxındakı cisimlər bulanıq, uzaq cisimlər isə nisbətən daha az bulanıq görünür. Digər əlamətləri isə başağrısı, göz yorğunluğu, akkomodativ problemlər, göz tənbəlliği, çəplikdir. Səbəbi göz almasının ölçüsünün kiçik olması və ya buynuz qişa və büllurun patoloji dəyişikliyidir.
Hipermetropiya əsasən kiçik yaşlı uşaqlarda və 40 yaşdan sonrakı dövrdə özünü göstərir. Bəzi gənc insanlarda hipermetropiya az dərəcədə olduqda gözün akkomodasiya qabiliyyətinin hesabına görmədə çox şikayətlər olmur. Yaşlı insanlarda isə büllurda baş verən sklerotik dəyişikliğə bağlı hipermetropiya (presbiyopiya) meydana çıxır. Risk faktorlarına şəkərli diabet, müəyyən dərmanlar, bəzi şişlər, travma aiddir.
3 klinik kateqoriyası var:
1. Sadə hipermetropiya - Bioloji dəyişikliğə bağlı müşahidə olunur. Burada göz almasının ölçüsünün qısa olması, büllürün eğrilik radiusunun normaya görə yastı olması nəticəsində meydana çıxır.
2. Patoloji hipermetropiya - Anormal inkişafa, travmaya, şiş xəstəliklərinə, göz içi cərrahiyyəyə bağlı görülür. Afak ( göz içi büllurun olmaması) xəstələrdə də yüksək hipermetropiya olur.
3. Funksiyonal hipermetropiya-Akkomodasiyaya cavabdeh əzələlərin iflicinə bağlı özünü göstərir. Gözün III sinir iflicində görülə bilər.
Hipermetropiyanın dərəcəsinə bağlı 3 foması var:
1. Aşağı dərəcəli hipermetropiya - Qırma qusuru +2.0 D D azdır
2. Orta dərəcəli hipermetropiya - Qırma qüsuru +2.0 ilə +5.0 D arasındadır
3. Yüksək dərəcəli hipermetropiya - Qırma qüsuru +5.0 D dən yüksəkdir.
Müalicəsi:
- Gözluk taxmaq. Hipermetropiyanın müalicəsində konveks linzalar təyin edilir.
- Kontakt linza taxmaq. Kontakt linzaların üstünlüğü birbaşa buynuz qişa üzərinə təmas etdiyi üçün periferik görmə rahat olur.
-Buynuz qişada refraktiv cərrahiyyə və ya yüksək dərəcələrdə göz içi cərrahiyyəsi.