Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 20:12
Bakı. Trend:
İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində paytaxt Madridə hərbçiləri cəlb edəcək.
Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Pedro Sançes bildirib.
Onun sözlərinə görə, paytaxtda virusla mübarizə üçün xüsusi plan tələb olunur.
Qeyd olunub ki, hərbçilər Madriddə sanitar tədbirlərə əməl olunmasına nəzarət edəcək və dezinfeksiya işlərini keçirəcək.
Bu günədək İspaniyada 659 mindən çox şəxs koronavirusa yoluxub, 30 mindən çox şəxs həyatını itirib.