Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 16:08
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 3-cü turu ilə bağlı qərarlar verilib.
“Qəbələ” – “Keşlə” oyununda meydan sahiblərinin futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Səbail” matçında oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. Hər iki tərəfin 4 futbolçusu sarı vərəqə aldığı üçün klublar 800 manat cərimə olunub.
“Zirə” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.