Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 16:58
Bakı. Rufiz Hafizoğlu - Trend:
Dünya ictimaiyyəti, o cümlədən İslam dünyası Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terrorunu dayandırmalıdır.
Bunu Trend-ə livanlı vəkil, xarici siyasət və beynəlxalq hüquq üzrə ekspert Tarik Şandib deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinin regiondalı demoqrafik vəziyyəti dəyişmək üçün Livan və Suriyadan olan ermənilərlə məskunlaşdırılması bəşəriyyətə qarşı cinayət və beynəlxalq hüququn kobu şəkildə pozulmasıdır:
“Bu, Roma statutunun müddəaları ilə tənzimlənən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdikisyasına düşən dörd cinayətdən biridir”.
Ekspertin sözlərinə görə, həmin cinayətkarların təqib olunmasında konkret nəticə əldə etmək üçün Azərbaycan təkcə ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə bu məsələni qaldırmalıdır.
O əlavə edib ki, ermənilərin qanunsuz qruplaşmalarda iştirakı barədə faktlara böyük diqqət ayırmaq lazımdır.
T.Şandibin sözlərinə görə, bir neçə gün bir sıra KİV-lərdə ekstremist erməni xristian qruplarının Fransa hökumətinin himayəsi altında 2013-cü ildən Suriya xalqına qarşı cinayətlərdə iştirak etmiş “üsyançılar”a dəstək qrupları formalaşdırıb:
“Fransa bunu araşdırmalı və cinayətkarları mühakimə etməlidir. O bilməldir ki, həmin cinayətkarlar həm də Fransa qanunları qarşısında məsuliyyət daşıyır”.