Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA Rayseli cəzalandırdı, 5 klubu cərimələdi

AFFA Rayseli cəzalandırdı,  5 klubu cərimələdi

Tarix: 22 Sentyabr 2020 19:14

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 3-cü turu ilə bağlı qərarlar verilib.

"Qəbələ" - "Keşlə" oyununda meydan sahiblərinin futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. "Keşlə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

"Sumqayıt" - "Səbail" matçında oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. Hər iki tərəfin 4 futbolçusu sarı vərəqə aldığı üçün klublar 800 manat cərimə olunub.

"Zirə" - "Sabah" oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Milli.Az


Etiketlər:  AFFA Rayseli cəzalandırdı 5 klubu cərimələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ