Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 16:54
Bakı. Trend:
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləgərqışlaq kənd sakini 38 yaşlı Cəlaləddin Səidov saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı, C.Səidov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü bir metrə qədər olan 14 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını iyun ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin