Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 17:56
Özbəkistan Superliqa təmsilçisi "Paxtakor"un çalışdıran Şota Arveladze koronavirusa yoluxub.
Qol.az xəbər verir ki, bu barədə gürcü mütəxəssis özünün "Tvitter" hesabında yazıb: "Koronavirus testim müsbət çıxdı. Özümü təcrid etmişəm. Nəticələri dəqiqləşdirmək üçün ikinci testi gözləyirəm. Vəziyyətimlə bağlı sizi məlumatlandırmağa davam edəcəyəm".
Qeyd edək ki, 47 yaşlı çalışdırıcı 2017-ci ildən "Paxtakor"un baş məşqçisidir.