Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 13:06
Prezident İlham Əliyev avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin və "Ağ şəhər" layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq olaraq 8 (səkkiz) milyon manat və 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.